Bu binalar əsaslı təmir olunacaq

20.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Sərhəd Xidməti (DSX) regional hərbi hissə və zastavalarının infrastrukturunun yenilənməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirdiyi satınalma müsabiqələrinə yekun vurub.

“Yeni Sabah” xəbər verir ki, Xudat Sərhəd Dəstəsinin Qusar rayonu Kirik kəndindəki zastava kompleksinin əsgər yataqxanası və inzibati binasının əsaslı təmiri layihəsi üçün 42 min 775 manat, Qusar rayonu Samux qəsəbəsindəki sərhəd komendantlığının əsaslı təmiri layihəsi üçün 82 min 364 manat, Şəki Sərhəd Dəstəsinin Qəbələ rayonundakı "Bum" komendantlığının bina və qurğularının əsaslı təmiri layihəsi üçün isə 32 min 981 manat ayrılıb.

Ümumilikdə, bu 3 layihə-smeta sənədinin hazırlanmasına 158 min 120 manat məbləğində maliyyə vəsaiti yönəldiləcək. Pepperoni pizza

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью