Bu binalarda səsküy salanlar 11 minə qədər cərimələnə bilər

26.12.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu binalarda səs-küy salanlar 11 minə qədər cərimələnə bilər

Türkiyədə yeni qanunla bina mənzillərində həddindən artıq səs-küy salan şəxslərə cərimə tətbiq olunacaq.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə qonşular arasında yaranan mübahisələrin ən böyük səbəbi səs-küydür. Hətta bu mübahisələr bəzən cinayətlə belə nəticələnə bilir.

Bununla bağlı yeni qərarlar qəbul edilib. Belə ki, səs-küy salaraq qonşularını narahat edənlərin ödəyəcəyi cərimə 11 min TL-yə yüksəlib.

Bunun üçün vacib məqam vətəndaşların belə hallarda polisə şikayət etməsidir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью