“Bu, bir fəlakətdir” Ralf Şumaxer “Ferrari”nin avtomobilləri barədə | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. “Formula-1”-in keçmiş pilotu Ralf Şumaxer bildirib ki, “Ferrari” 2026-cı il mövsümü üçün
İdman.Biz xəbər verir ki, alman mütəxəssisin sözlərinə görə, bu yanaşma fəlakətli nəticələrə səbəb olur.
“Sətirarası eşitdiyim odur ki, bu, “Ferrari”də yenidən bir fəlakətdir.
Onlar iki avtomobil hazırlayırlar və mən bunun səbəbini demək olar ki, başa düşə bilirəm.
Çünki (Şarl) Lekler və (Lyuis) Hemiltonun avtomobil üçün tamamilə fərqli baxışları var. Əgər belədirsə, deməli, bu, əvvəldən bir fəlakətdir.
İki fərqli maşın hazırlamaq olmaz” - Şumaxer “Backstage Boxengasse” podkastına verdiyi müsahibədə deyib.
Şumaxer əlavə edib ki, növbəti mövsüm komanda və xüsusən də komandanın rəhbəri Frederik Vasser üçün həlledici olacaq.
Gözlənilən irəliləyiş baş verməsə, İtaliya komandası böyük kadr dəyişiklikləri ilə üzləşə bilər.
Tam oxu
Xəbəri oxu