Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif etdik".
Moderator.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib:
"Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4%-ni təşkil edib. Ötən il 9965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb. Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir".