Bu, bir qədər çətin məsələ kimi görünür Mütəxəssis rəyi

26.11.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Beynəlxalq təcrübədə də bunun nümunələrinə rast gəlirik. Məhz müəllimlər buna cəlb olunursa, direktorlar da cəlb olunmalı və onların peşəkarlığı da yoxlanılmalıdır. Hazırda direktorların fəaliyyəti ilə bağlı peşəkarlığının inkişaf etdirilməsi, imtahan və ya hər hansı yoxlanış məqsədi ilə atılan addımlar o qədər də çox deyil. Düşünürəm ki, rəhbər işçiyə nümunə olmalıdır, özünü sübut etməli və işçidən də bunu tələb etməyə çalışmalıdır".

Təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, direktorlar da sertifikasiya imtahanına cəlb olunmalı və imtahanda göstərdikləri nəticəyə görə fəaliyyətlərinin davam etdirilməsi qiymətləndirilməlidir:

"Bu halda məktəb direktoru müəllimdən sertifikasiya nəticəsini rahat şəkildə tələb edə bilər; əks təqdirdə bu, bir qədər çətin məsələ kimi görünür".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью