Bu, bizə olan qlobal etimadı göstərir Bessent

15.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

“Bu il dünya üzrə dollarla həyata keçirilən əməliyyatların payı faktiki olaraq artıb. Gördüyümüz yeganə azalma ehtiyatlardakı dollar aktivlərinin payı ilə bağlıdır və bu, əsasən Rusiya və Çinin hesabına baş verib”, – Bessent deyib.

Onun sözlərinə görə, Rusiya və Çinin dollar aktivlərinə yatırımlarını azaltmasına baxmayaraq, digər ölkələr ABŞ aktivlərinə yüksək tələbat nümayiş etdirməkdə davam edirlər.

Bessent buna sübut kimi ABŞ Xəzinədarlığının son istiqraz hərraclarının nəticələrini göstərib.

“Son 20 ilin ən uğurlu iki xəzinə istiqrazı hərracını indicə keçirmişik. Bu, sistemimizə, bu administrasiyanın fəaliyyətinə və bizə olan qlobal etimadı göstərir”, – ABŞ-ın maliyyə naziri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью