Bu, bizim acınacaqlı durumumuzdur

02.12.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Vağzalı"ya qarşı etinadsızlıq yaranıb. Bu, bizim acınacaqlı durumumuzdur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "Qonaqcanlı" verilişində deyib. O, son vaxtlar toylarımızda "Vağzalı"nın səslənməməsinə etiraz edib:

"Azərbaycanımızı dünyada tanıdan himnimizdir. Himn səslənəndə deyirlər ki, Azərbaycanındır. Toylarımızın da himni "Vağzalı"dır. Səslənəndə deyirlər ki, azərbaycanlı toyudur. Biz "Vağzalı" sədasını niyə görə toylardan uzaqlaşdırmalıyıq?".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью