Bu, bizim prioritet istiqamətlərimizdəndir Emin Əmrullayev | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir.
Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var.
Milli.Az xəbər verir ki, bunu COP29 çərçivəsində jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq: "PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq.
Eyni zamanda, universitetlərin dayanıqlı inkişafı ilə bağlı bizi böyük bir tədbir gözləyir.
COP29 tədbirlərindən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək.
Çünki PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər.
Tam oxu
Xəbəri oxu