“Bu bizim “qırmızı xətt”imizdir”

03.06.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin “qırmızı xətt”ini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.

“Bu yaxınlarda Omanın xarici işlər naziri tərəfindən Tehrana çatdırılan Vaşinqtonun təklifi çox qeyri-müəyyənlik və suallar ehtiva edir. Bu təklifdə bir çox məqamlar aydın deyil. İran torpağında zənginləşdirməni davam etdirmək bizim “qırmızı xətt”imizdir. Bu, bütün ölkələrin qəbul etdiyi bir reallıqdır. Zənginləşmə artıq iranlılar üçün milli qürur və şərəf məsələsinə çevrilib”, - İranın xarici işlər naziri vurğulayıb.

O əlavə edib ki, Tehran bu məsələdə ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi güzəştə getməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью