Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian Tehran və Vaşinqton arasında əldə edilən anlaşma memorandumunun təkcə ölkə üçün deyil, bütün region və İranın regional müttəfiq qrupları üçün qürur mənbəyi olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət başçısı bazar ertəsi günü keçirilən toplantıda bəyan edib.
Prezident Pezeşkian xüsusilə vurğulayıb ki, "əgər ABŞ ilə imzalanan anlaşma memorandumunun bütün müddəaları düzgün şəkildə həyata keçirilərsə, bu, ölkə üçün şərəfli bir sənəd kimi qəbul ediləcək".
O, həmçinin bu mühüm diplomatik addımın ölkə daxilində də geniş siyasi dəstək qazandığını diqqətə çatdırıb. Pezeşkiyanın sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin 90 faizindən çoxu Vaşinqtonla əldə olunan bu razılaşmanı tam müdafiə edir.
Aminə ŞAHSUVARQIZI