“Bu, bizim üçün xüsusi motivasiya olacaq” Kin

20.08.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, irlandiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqib ilk oyundan sonra cütün taleyini həll etdiyini düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkündür. Çətin vəzifənin öhdəsindən gələ bilərik”.

Cavab oyunu avqustun 27-də Bakıda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью