Bu bölgədə qarın hündürlüyü 20 smə çatdı

14.12.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi bölgələrdə sulu qar, qar yağır.
 

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Manset.az-a bildirib ki, qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью