Bu bölgələrdə görünüş məsafəsi məhdudlaşdı | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.
Dumanlı hava Bakıda və Abşeron yarımadasında eyni zamanda Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu