Bu bölgəmizdə qarın hündürlüyü 3 sm ə çatdı FOTO

10.12.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi saat 18:45-ə olan məlumatı yayıb.

Məlumata əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.

Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.

Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью