Bu bölgəyə güclü qar yağdı

14.12.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 14-də səhər saatlarından etibarən Cəlilabad rayonuna mövsümün ilk qarı yağmağa başlayıb.

News24.az müxbiri xəbər verir ki, qar əsasən rayonun dağlıq ərazilərinə daha çox yağıb. Kəndlərdə qar örtüyünün hündürlüyü 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edir.

Qar nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью