Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni onunla bağlı bunları yazıb:
"Zaman keçir, amma bəzi boşluqlar heç vaxt dolmur. Sənət dostum, dəyərli tərəf müqabilim Cavanşir Məmmədovun aramızdan ayrılmasından artıq iki il ötür. Səsin hələ də qulaqlarımda, xatirən isə hər zaman qəlbimdədir. Allah rəhmət eləsin, məkanı cənnət olsun".
Qeyd edək ki, C.Məmmədov 2024-cü ildə qəfil ürəktutmasından dünyasını dəyişib. Ötən gün onun ölüm ildönümü idi.