Bu büdcə daxilolmalarının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır Mütəxəssis rəyi

03.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Ölkədə kartdan-karta həyata keçirilən bəzi ödənişlər rəsmi dövriyyədən kənarda qalır, bu isə vergidən yayınma risklərini artırırdı. Mağaza və digər ticarət obyektlərində POS-terminal əvəzinə birbaşa kartdan-karta ödənişlərin qəbul edilməsi qeyri-rəsmi dövriyyənin formalaşmasına səbəb olurdu. Yeni məhdudiyyətlər isə bu halların qarşısını almağa və ödənişlərin daha şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək".

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a deyib. Eyyub Kərimli hesab edir ki, müəyyən edilən illik 20 min manatlıq limit və gündəlik beş kartdan-karta əməliyyat məhdudiyyəti sıravi vətəndaşların gündəlik maliyyə əməliyyatlarına ciddi təsir göstərməyəcək. Çünki alış-veriş zamanı POS-terminal və kassa vasitəsilə edilən ödənişlərə hər hansı məhdudiyyət tətbiq olunmur.

İqtisadçı vurğulayıb ki, yeni qərar qeyri-leqal maliyyə dövriyyəsinin qarşısının alınması, vergi inzibatçılığının təkmilləşdirilməsi və büdcə daxilolmalarının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью