Bu büdcə hiyləgərlərə cavab verməyə imkan yaradır Komitə sədri

19.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq əlaqələrlə bağlı bütün sahələrdə büdcədən maliyyə vəsaitinin artımını müşahidə edirik.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitələrin bu gün keçirilən birgə iclasında deyib.

"Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür, bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması, Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır", - komitə sədri deyib.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью