Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astroloji inanclara görə, bəzi bürclərin xarakter xüsusiyyətləri bir-biri ilə uyğunlaşmaya bilər. Bu isə münasibətlərdə fikir ayrılıqları, qısqanclıq və ünsiyyət problemlərinin daha çox yaşanmasına səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, astroloqların fikrincə, evlilik həyatında ən çox çətinlik yaşaya bilən bürc cütlüklərindən bəziləri bunlardır:
Qoç – Xərçəng
Qoç daha sərbəst və impulsiv davranışları ilə seçildiyi halda, Xərçəng emosional və həssas xarakterə malikdir. Bu fərq münasibətlərdə tez-tez anlaşılmazlıqlara səbəb ola bilər.
Əkizlər – Balıqlar
Əkizlərin dəyişkən və sosial xarakteri Balıqların emosional və romantik dünyası ilə hər zaman uyğunlaşmaya bilər. Tərəflərin bir-birindən gözləntilərinin fərqli olması münasibəti çətinləşdirə bilər.
Şir – Əqrəb
Hər iki bürc güclü xarakteri ilə seçilir. Şirin diqqət və üstünlük istəyi Əqrəbin qısqanclığı və nəzarətə meyli ilə toqquşa bilər.
Buğa – Dolça
Buğa sabitlik və rahatlıq axtarır, Dolça isə azadlığı və yeniliyi sevir. Həyata fərqli baxışlar cütlük arasında fikir ayrılıqlarını artıran amillərdən biri kimi göstərilir.
Qız – Oxatan
Qız planlı və detallara diqqətli olduğu halda, Oxatan daha spontan və sərbəst həyat tərzinə üstünlük verir. Bu fərqlər gündəlik ailə həyatında problemlərə yol aça bilər.