Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oğlaq və Xərçəng bürcündən olan sürücülər digər bürclərlə müqayisədə daha çox qəzaya düşürlər.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın "VSK" Sığorta Şirkətinin apardığı araşdırmanın nəticələri göstərib.
Şirkətin statistikasına görə, yol qəzalarında ən çox Oğlaq bürcündən olan sürücülər iştirak edir. Onların payı 9 faiz təşkil edir.
İkinci yerdə 8,9 faizlə Xərçəng, üçüncü yerdə isə 8,7 faizlə Şir bürcü qərarlaşıb. Qoç bürcündən olan sürücülər 8,5 faizlə dördüncü, Buğa isə 8,4 faizlə beşinci yerdədir.
Araşdırmaya əsasən, Oxatan və Əqrəb bürcündən olan sürücülər ən ehtiyatlı sürücülər hesab olunur.
Yaşla bağlı statistikada isə 50 yaşdan yuxarı sürücülərin qəzalarda iştirak payının 33,3 faiz olduğu müəyyən edilib. 29 yaşdan aşağı sürücülərin payı isə 14,1 faiz təşkil edib.
Sığorta şirkəti qeyd edib ki, araşdırma doğum tarixi ilə sürücülük tərzi arasındakı əlaqəni müəyyənləşdirmək məqsədi daşıyıb.
Aytəkin TOFİQQIZI