Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Açıqlanan Epşteyn cinayətləri etik normaların nə qədər korroziyaya uğradığını göstərir. Artıq demokratiya, insan haqları kimi gözəl səslənən ideyalar, zamanında kommunizm kimi məhv olmaqdadır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. Onun sözlərinə görə, baş verənlər göstərdi ki, uzun illərdir Qərb dəyərləri kimi təqdim edilən ideyalar sadəcə vitrində nümayiş üçün idi, arxa planda isə mənzərə tam fərqlidir:
"Bundan sonra hər cəmiyyət öz ideologiyasını və öz dəyərlərini formalaşdırmağa çalışacaq. Çün ki, qloballaşma adı altında ölkələrin, xalqların mədəniyyətlərinə və dəyərlərinə uzun illər sistemli hücumlar edildi.
Ancaq bu gün davam etmək, həyata tutunmaq üçün üz tutmalı olduğumuz dəyər də, ideologiya da milli kimliyimiz, tariximiz və adət-ənənələrimizdir".
O deyib ki, artıq universal dəyərlər siyasi gündəmdən çıxmış hesab edilə bilər. Yeni dönəm haqlı olan xalqların deyil, güclü olan xalqlarındır. Azərbaycan gələcək üçün öz düsturunu müəyyən edib, Etik Realpolitik.Güclü olacaqsan ancaq etik çərçivənidə özün üçün müəyyən edəcəksən:
"Yeni dönəmdə fikir ayrılıqlarına, sosial fərqlərə baxmadan üçrəngli, ay-ulduzlu bayrağın kölgəsinə sığınıb, bu burulğanlı dönəmdə düzgün yol seçməliyik".
Süleyman