“Bu, bütün dünya üçün vacib görüşdür”

15.08.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Alyaskada baş tutacaq görüş bütün dünya üçün vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Rossia-1” telekanalının efirində Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev deyib. 

“Sözsüz ki, bu, bütün dünya üçün vacib görüşdür və dialoqun davam etməsi də önəmlidir. Dialoqun çox konstruktiv olacağına ümid edirik”, - deyə Dmitriev bildirib. 

Xatırladaq ki, bu gün Alyaskanın Ankoric şəhərində V.Putinlə D.Tramp arasında görüş baş tutacaq. Görüşün Bakı vaxtı ilə 23:30-da başlayacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью