Bu çayda suyun səviyyəsi 67 sm artdı

04.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O qeyd edib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 67, Təngərüdçayda 50, Viləşçayda 17, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Əyriçayda 21, Qarasuçayda 4, Qudiyalçayda 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 4, Gəncəçayda 3, Əsrikçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Oxçuçayda 9, Bəsitçayda 6, Quruçayda və Tutqunçayda 4, Tərtərçayda 3, Bərgüşadçayda 2, Həkəriçayda isə 1 sm artm qeydə alınıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью