Bu çayları içməyin Orqanizmə zəhər saçır

06.01.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya miqyasında geniş yayılmış içkilər sırasında əsas yeri tutan çay hər zaman faydalı deyil.

Milli.Az xəbər verir ki, xüsusilə paket çaylar orqnizm üçün zərərlidir.

Barselona Avtonom Universitetində çayxorları məyus edəcək araşdırma aparılıb. Alimlər müəyyənləşdirib ki, paket çaylar yüksək miqdarda mikroplastik ehtiva edir. Müxtəlif çay markaları üzərində aparılan araşdırmalardan məlum olub ki, bu çaylar insan bədəninə yüksək miqdarda mikroplastik yayır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) görə bu plastiklər hormonal pozulma, çəki artımı, insulinə müqavimət, sperma keyfiyyətinin azalması və xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью