Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Olimpik Marsel"i səfərdə 3:0 hesabı ilə məğlub edən "Liverpul"un heyətində cərimə zərbəsindən vurduğu baxımlı qolla yadda qalan Dominik Soboslai fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, macar yarımmüdafiəçinin sözlərini "RMC Sport" belə çatdırıb:
"Hə, bu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşmışdım. Mənə demişdilər ki, canlı səddin aşağısına hansısa rəqib oyunçu uzanmasa, topu qapıya yerlə göndərmək şansım olacaq. Bu səbəbdən yoxladım və alındı!
Biz Salahla həmişə cərimə zərbələri zamanı topun arxasına kimin keçəcəyini müzakirə edirik. Hansımıza daha uyğun yerdirsə, o da vurur. Əmin idim ki, yerə uzanan olmasa, qol vura bilərəm. Salah mənə dedi: "Yaxşı, o zaman sən vur" və mən vurdum".
Xatırladaq ki, "Liverpul" əsas mərhələnin sonuncu - 8-ci turunda "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma yanvarın 28-də baş tutacaq.
Nihat