Bu çətin zamanda düşüncələrimiz Azərbaycan xalqı ilədir Ukraynanın Londondakı səfirliyi AzPolitika onlayn siyasiictimai qəzet

26.12.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynanın Böyük Britaniyadakı səfirliyi Azərbaycanın diplomatik missiyasını ziyarət edərək təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin mətbuat xidməti bildirib.

“Ukraynanın səfiri general Valeri Zalujnı çoxsaylı insan həyatına son qoymuş J2-8243 reysi faciəsi ilə əlaqədar Azərbaycan xalqına dərin başsağlığı verib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Zalujnı başsağlığı kitabında qeyd yazaraq həlak olanların ailələrinə dəstək sözlərini ifadə edib və bu kədəri yaşayan hər kəsə dözüm və mərdlik diləyib.

“Ukrayna sizin kədərinizi bölüşür. Bu çətin zamanda düşüncələrimiz Azərbaycan xalqı ilədir”, – məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью