Bu ciddi bir xəbərdarlıqdır Ekspert

02.07.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda heyvan sayının ildən-ilə azalması artıq sadəcə statistik göstərici hesab edilə bilməz. Bu, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi bir xəbərdarlıqdır".

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, illərlə davam edən bu geriləmə onu göstərir ki, heyvandarlıq sektorunda sistemli və xroniki problemlər hələ də öz həllini tapmayıb. İri və xırdabuynuzlu heyvanların sayının azalması da bunun bariz göstəricisidir:

"Otlaq sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, istehsalçılara dəstəyin səmərəsizliyi və kənd təsərrüfatı siyasətində uzunmüddətli planlaşdırmanın zəifliyi nəticəsində fermer təsərrüfatları fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью