Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Malayziyada “Chery Omoda 5” avtomobillərinin satışı qadağan edilib.
Avtosfer.az xəbər verir ki, səbəb bir neçə gün əvvəl maşınlardan birinin hərəkət zamanı arxa körpüsü qopmasıdır. Lakin bu, birinci hal deyil.
2024-cü ildə yerli diler 600 avtomobilin arxa körpüsündə potensial problemi aşkar edib. Məlum olub ki, “Omoda 5” modelinin probleminin kökündə keyfiyyətsiz qaynaq dayanır. Diler dövlət qurumları məsələyə müdaxilə etmədən geriçağırma kampaniyası təşkil edib.
Ötən həftə baş verən qəzadan sonra isə Yol Nəqliyyatı Departamenti modelin sertifikasiyasını ləğv edib, satışı və idxalına qadağa qoyub. Qurum bildirib ki, avtomobil 4 təkər üzərində hərəkət etməlidir.
Məsələyə münasibət bildirən “Chery” qeyd edib ki, problem restaylinqədək istehsal olunmuş modellərə aiddir. Son versiyada avtomobil çoxqollu asqı ilə təchiz edilib.
Vüqar