Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mən ağdamlıyam, Ağdamın da kəndlərinə yaxşı bələdəm. Böyük kəndlərdən biri də Əfətlidi. Bu kənd özündə üç kiçik kəndi də birləşdirir, özü də musiqi beşiyidir. Ağdamın bir çox xanəndələri və tarzənləri bu kəndin yetişdirməsidir.
Öz şaqraq zəngulələri ilə Kremlin Sütunlar salonunda hamını ayağa qaldıran Aydın Məmmədov, Aydın Niftalıoğlu, Qaraxan Behbudov, familiyasını unutduğum Barat (Ağdam Musiqi Texnikumunda bu gün Azərbaycanın xalq və əməkdar artistləri olmuş neçə-neçə xanəndənin müəllimi), gözəl tarzən Cahangir müəllim və sair və ilaxır. Bu kənddə həmişə musiqi məktəbi olub. İndi həmin musiqi məktəbini bağlayıblar və köçürüblər Qaradağlı kəndinə.
Deməli, uşaqlar və müəllimlər dörd-beş kilometrdəki Qaradağlı Musiqi məktəbinə getməlidirlər. Niyə və nəyə görə bu cocuqlara və müəllimlərə əziyyət verirlər? Və qaradağlıların da xətrinə dəyməsin, ordan nə böyük bir xanəndə, nə də görkəmli bir musiqiçi çıxıb.
Yadıma vaxtilə Şuşa Musiqi Kollecinin Sumqayıt Musiqi Kolleci ilə birləşdirilmələri düşdü. Şuşa Musiqi Kollecini! Sumqayıt Musiqi Kollecinə!
İndi Əfətli uşaq musiqi məktəbinin Qaradağlı musiqi məktəbinə köçürülməsi və verilməsi kimi.
Son söz Mədəniyyət Nazirliyinindir.