“Bu, COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi” | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“2015-ci ildən sonra ilk dəfədir ki, 6-cı maddədin müddəaları tam şəkildə fəaliyyətə keçirilib.
6-cı maddə, ölkələr arasında əməkdaşlığı, xüsusən də bazar mexanizmləri vasitəsilə 1.5 dərəcə iqlim hədəfinə çatmaq məqsədini güdür.
Bu maddə üzrə razılıq əldə edilməsi COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
O qeyd edib ki, bu, iştirak edən ölkələrin iqlim dəyişikliyi təşəbbüslərində birgə çalışmaq öhdəliyini vurğulayır: “6-cı maddə ilə bağlı yekdilliklə qəbul olunan qərarlar, ətraf mühitin bütövlüyünü qorumaq, şəffaflığı təmin etmək və karbon bazarlarını gücləndirmək məqsədini güdür.
Bu, emissiya azalmalarının real olacağı sistemlərin qurulacağı deməkdir.
Həmçinin bu, qlobal miqyasda mitiqasiya strategiyalarını tənzimləməyə kömək edən əməkdaşlığı təşviq edir.
Tam oxu
Xəbəri oxu