525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlət başçısının təkcə regionda deyil, qlobal miqyasda yürütdüyü çoxvektorlu və sülhə əsaslanan siyasətin təntənəsini və onun nəticələrini nümayiş etdirir”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, Azərbaycan lideri bununla əlaqədar olaraq fevralın 4-də BƏƏ-nin paytaxtı Əbu-Dabiyə dəvət olunub.
Həmin gün mükafatın təntənəli təqdimat mərasimi keçiriləcək. “Bu, kifayət qədər nüfuzlu bir mükafatdır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub.
BƏƏ-nin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini, dəyərlərini təşviq edir.
Prezidentin bu mükafata layiq görülməsi olduqca qürurvericidir.