Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Dünyanın bir çox ölkəsində, xüsusilə Avropada quracağınız hər hansı pervert bir cümləyə görə başınız ciddi şəkildə ağrıyır.
Əgər bu cümlələri hələ yetkinlik yaşına çatmamış qızlara qarşı qurursunuzsa…” Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov qeyd edib.
O, azyaşlı və yeniyetmələr barəsində bu cür fikirləri insanların çəkinmədən yazmasını tənqid edib: “İndi isə Azərbaycandakı mənzərəyə baxaq.
Bir kişinin azyaşlı bir qızı öpdüyü video yayımlanmışdı. Ora gələn rəylərin əksəriyyəti bu tipdə idi: “Qızın da canında az yox idi”, “uşaq d
İndi isə yenə məktəbli qızların yuxarı mərtəbədən butulka atdığı bir video yayıldı.
Əlbəttə, hər birimiz məktəb vaxtı dəcəlliklər etmişik və bunlar bəzən mədəniyyətsizlik həddinə də çata bilib.
Qızların bu hərəkəti düzgün deyil və heç bir şəkildə haqq qazandırıla bilməz. Amma cəza günahdan böyük olmamalıdır.