Bu cür ağır qəzadan sağ çıxdılar... Video

02.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Dünən Quba rayonunun Barlı kəndində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Shimal.News”a istinadən xəbər verir ki, saat 16:00 radələrində Quba-Xaçmaz yolunda hərəkət edən “VAZ 21015” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən “Tofaş” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “VAZ” körpü istiqamətində hərəkət edərək su kanalına düşüb.

Zərbənin təsirindən sürücü və sərnişin avtomobilin şüşələrindən çölə düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın görüntülərini təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью