Bu cür çirkin kampaniyanın məqsədi nədir? Əliyeva | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda çıxışı zamanı deyib.
Birinci xanım Mehriban Əliyevanın çıxışı Hörmətli Birinci xanımlar. Hörmətli qonaqlar. Əziz gənc iştirakçılar. Xanımlar və cənablar.
Əvvəlcə, Sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.
“Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” panelimizin elə adının özündən məqsəd bəllidir.
Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.
Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.
Tam oxu
Xəbəri oxu