Icma.az bildirir, Avtosfer portalına istinadən.
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər maraq doğurub.
Qiyməti 9-18 min manat arasında dəyişən bu modellərdən bəziləri saatda 80-100 kilometrədək sürət yığa bilir.
Satıcı Muraz Hudulovun sözlərinə görə, Azərbaycanda bu tip avtomobillər əsasən əyləncə və drift məqsədilə istifadə edilir. Xarici ölkələrdə isə onlardan gündəlik nəqliyyat vasitəsi kimi də yararlanılır.
Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirir ki, bu nəqliyyat vasitələri oyuncaq deyil və onların idarə olunması üçün müəyyən tələblər var.
Onun sözlərinə görə, bu avtomobillərin istənilən yerdə və yolda idarə olunması mümkün deyil. Onlar üçün xüsusi meydançalar və qapalı ərazilər tələb olunur. Həmçinin bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ, o cümlədən “A1” altkateqoriyası tələb edilir.