Bu cür uduzmaq xoş olmur Petrokub un baş məşqçisi

31.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Petrokub"un baş məşqçisi Şota Maxaradze Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "Sabah"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Qələbə münasibətilə "Sabah"ı təbrik edirəm. Onlar artıq növbəti mərhələdədir. Biz ilk matçdan sonra çətin durumdaydıq. Bakıdakı matçda daha çox risk etməli olduğumuzu bilirdik. Nəticədə də iki qol buraxdıq. Qapımızda lazımsız qollar gördük . Təbii ki, belə səhvlər bağışlanılmır".

Mütəxəssis məğlubiyyətin səbəblərindən də danışıb: "Düzünü desəm, İlk oyunda 82 dəqiqə ərzində rəqiblə bərabər səviyyədə oynadıq. Qol imkanlarımız da var idi. Amma qapımızda qollar gördük. Son dəqiqələrdə ikinci qolu buraxdıq. Budəfəki görüş də oradakı oyunun davamı kimi oldu. Təbii ki, bu cür uduzmaq xoş olmur. Amma bilirik ki, yaxşı komandamız var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью