Bu da Azərbaycan və İran arasında Araz dəhlizi Video

29.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla İran arasında Culfa-Kəlalə-Ağbənd (Araz Tranzit Dəhlizi) layihəsinin inşasından yeni görüntülər yayılıb.

Axar.az xəbər verir ki, sözügedən görüntüləri İRNA təqdim edib.

Qeyd edək ki, dəhliz Naxçıvan-İran sərhədindəki Culfa gömrüyündən başlanaraq Biləsuvar gömrüyünədək davam edən yolun 220 km qısalmasına səbəb olacaq.

Sözügedən dəhlizin uzunluğu 107 kilometrdir. Yolda 20-dən çox tunel nəzərdə tutulub ki, onların da çoxu tikilib. Yolun 35 kilometri hazırdır, qalan 70 kilometri isə layihələndirmə və maneələrin aradan götürülməsi mərhələsindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью