Bu da dünyanın ən gözəl pişiyi FOTO

07.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Norveçin Oslo şəhərində keçirilən Dünya Pişik Şousunda Bakardi adlı pişik dünyanın ən gözəli seçilib.

Publika.az xəbər verir ki, bu barədə "Polskieradio.pl" məlumat yayıb.

Rus Mavi cinsi olan Bakardi sərgiyə Polşanın Qdansk şəhərindən gətirilib. O, sterilizasiya edilmiş pişiklər üçün xüsusi kateqoriyada mükafatlandırılıb.

Dünyanın ən böyük sərgilərindən biri sayılan sərgi Beynəlxalq Pişiklər Federasiyası tərəfindən keçirilib. Finalda 1500 pişik arasından 34 qalib seçilib.

Bildirilir ki, iki mükafat portuqaliyalı Xose Diasın ev heyvanlarına - Sweet Dreams və Lisiana ləqəbli fars pişiklərinə verilib.

Adəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью