Bu da İranın sualtı qayığı: Hörmüzə hərəkətə keçdilər Foto

27.01.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İranın sualtı qayıqlarının Hörmüz istiqamətində hərəkətə keçdiyi haqda məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqə “Abraam Linkoln” aviadaşıyıcısının rəhbərliyi altında zərbə qrupu göndərməsi, həmçinin havadan müdafiə sistemlərini və hərbi təyyarələrini yerləşdirməsi fonunda İran cavab tədbirləri görür.

İddia edilir ki, “Qadir” və “Petah” mümkün hərbi toqquşmaya hazırlıq məqsədilə körfəzə göndərilib.

Bu yüngül sualtı qayıqların hansı müqavimət göstərə biləcəyi isə ekspertlərin müzakirə obyektidir.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью