“Bu da mütləq keçəcək”: Moskvada gənc qız bu səbəbə görə saxlanıldı KONKRET

18.10.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Moskvada üzərində “Bu da mütləq keçəcək” sözləri yazılmış nişan taxan gənc qız saxlanılıb.

KONKRET.az xəbər verir ki, polis bölməsində ona Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq da təklif olunub.

“Yekaterina Duntsova üçün” təşəbbüs qrupunun məlumatına əsasən, oktyabrın 16-da Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşları Qırmızı meydanda gənc qızı saxlayıblar. Daha sonra onu əvvəlcə bir polis bölməsinə, oradan isə başqa bölməyə aparıblar.

Fəalların iddiasına görə, qız bir neçə saat ərzində saxlanılıb, ona psixoloji təzyiq göstərilib və Müdafiə Nazirliyi ilə müqavilə imzalaması təklif olunub. Həmçinin, onun mənzilində axtarış aparılmasına razılıq verməyə inandırmağa çalışdıqları bildirilir.

Məlumata görə, ertəsi gün moskvalı gənc qız yenidən polisə çağırılıb. Bu dəfə onunla Rusiyada ekstremizmlə mübarizə üzrə fəaliyyət göstərən “E” Mərkəzinin əməkdaşları söhbət aparıblar.

Bildirildiyinə görə, nişandan əlavə, qızın telefonunda “Pornofilmlər” musiqi qrupunun audioyazısının olması da ona qarşı iradların səbəblərindən biri olub.

Məlumatda qeyd edilir ki, gənc qıza heç bir rəsmi protokol təqdim edilməyib. Hazırda onun hüquqlarını hüquq müdafiəçisi təmsil edir.

Ağagül Mürsəlov,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью