Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Kəpəz”in baş məşqçi Adil Şükürovla danışıq apardığını xəbər vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.
Rəhbərlik Şükürovla ortaq məxrəcə gəlib. Gəncə klubunun yeni baş məşqçisi təcrübəli mütəxəssis olacaq. Rəsmi açıqlamanın yaxın vaxtda veriləcəyi bildirilir.
Xatırladaq ki, “Kəpəz” ötən mövsümə Adil Şükürovun rəhbərliyi ilə başlamışdı. Ancaq uğursuz gedişatın ardından onunla yollar ayrılmışdı.