Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4-ün təqdimatı keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, raketin uzunluğu 10 metrdir, çəkisi 7.2 tondur.
Silah 3 min kilometrədək məsafəni hədəf almaq gücünə malikdir.
“Roketsan” tərəfindən hazırlanan “Tayfun” ballistik raketi Türkiyənin ən uzun mənzilli raket sistemidir.
Qeyd edək ki, raketin dağıdıcılıq miqyasını nəzərə alaraq ona Sakit Okeanın qərbində, xüsusilə Çin, Yaponiya, Filippin, Tayvan və ətraf bölgələrdə yayılan Tayfun qasırğasının adı verilib.


