Bu Dairə Seçki Komissiyalarının tərkibi DƏYİŞDİRİLDİ

06.11.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

5 saylı Babək-Naxçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat etdiyi üçün onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.

Rövşən Vəliyevin 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsinə, Cavid Binnətovun isə 83 saylı Beyləqan seçki dairəsinə üzv seçilməsi təklif edilib.

Qeyd olunan qərarlar səsə qoyularaq qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью