Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür VİDEO

06.11.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Ramiz Qəmbərov və Gənclik küçələrinin kəsişməsində yerləşən dairədə yolun vəziyyəti sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb.

Kadrlardan görünür ki, dairənin düz yanında iri çuxur var. Şikayətçinin sözlərinə əsasən, problem uzun müddətdir davam edir və hər gün çoxsaylı avtomobillər həmin çuxura düşür. Vəziyyətdən xəbərdar olan sürücülər isə çuxurdan yayınmaq üçün manevr edirlər ki, bu da qəza şəraiti yaradır.

Bundan başqa, görüntülərdə yolun digər hissələrində də oxşar problemlərin olduğu görünür.

Şikayətçi aidiyyəti qurumların məsələyə müdaxilə edərək yolun təmirini təmin etməsini istəyib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228576.html

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью