Bu daxili miqrasiyanın qarşısını alır” Ekspert

29.07.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

”İnvestisiyalar, istehsal gücləri və məşğulluq imkanları regionlar üzrə qeyri-bərabər paylanır ki, bu da əhalinin gəlir səviyyəsində ciddi fərqlərin yaranmasına səbəb olur. Eyni zamanda, regionlarda sosial xidmətlərin – təhsil və səhiyyənin keyfiyyətinin aşağı olması, infrastrukturun zəif inkişafı bu fərqləri daha da dərinləşdirir. Coğrafi amillər, təbii resursların qeyri-bərabər bölgüsü və əhalinin seyrək yerləşməsi də regional iqtisadi aktivliyin məhdudlaşmasına təsir göstərən mühüm faktorlar sırasındadır”.

Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a deyib. İqtisadçı vurğulayıb ki, bu çərçivədə regionlara investisiyaların yönəldilməsi, sənaye zonalarının və aqroparkların yaradılması, vergi güzəştləri və subsidiya mexanizmlərinin tətbiqi həyata keçirilir. Paralel olaraq, infrastruktur layihələri vasitəsilə nəqliyyat yollarının, kommunikasiya xətlərinin, elektrik enerjisi və internet şəbəkələrinin inkişafı təmin edilir. Sosial siyasət çərçivəsində isə təhsil və səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının dəstəklənməsi əsas prioritetlər kimi müəyyənləşdirilir. Bu tədbirlərin əsas məqsədi regionlarda dayanıqlı məşğulluğun təmin edilməsi, əhalinin gəlir səviyyəsinin artırılması və sosial xidmətlərdə bərabərliyin yaradılması yolu ilə daxili miqrasiyanın qarşısının alınmasıdır:

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью