Bu dayanacaqlardakı kondisioner problemi həll olundu

05.08.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın bəzi avtobus dayanacaqlarında vətəndaşları narahat edən problemlər müşahidə olunub. Belə ki, Atatürk parkının qarşısında yerləşən dayanacaqda kondisioner sistemi işləmədiyi kimi, onun naqili də kəsilib. Oxşar vəziyyət Azadlıq metrosunun çıxışında yerləşən dayanacaqda da qeydə alınıb – burada da kondisioner nasazdır, daxildəki ümumi vəziyyət isə qənaətbəxş deyil.

Məsələ ilə bağlı Metbuat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

"AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır: Bütün nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır. Qeyd edilən ünvana da baxış keçirilərək nasazlıq aradan qaldırılıb", - deyə qurumun cavabında qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью