Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

04.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ekranlara qayıdışı maraqla gözlənilən məşhur aktyor Kıvanç Tatlıtuğun yeni layihəsi ilə bağlı iddia yayılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor rəqəmsal platformalardan biri üçün səyahət və qastronomiya mövzusunda proqram hazırlayır.

Məlumata görə, proqram çərçivəsində onun müxtəlif ölkələrə səfər edərək həmin ölkələrin mətbəxini, mədəniyyətini və həyat tərzini izləyicilərə təqdim edəcəyi gözlənilir.

Bildirilib ki, layihənin çəkilişlərinə sentyabr ayında başlanılması planlaşdırılır.

Beləliklə, Kıvanç Tatlıtuğ bu dəfə aktyor kimi deyil, səyahət proqramının aparıcısı kimi tamaşaçı qarşısına çıxmağa hazırlaşır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью