Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Xalq artisti Larisa Dolina dələduzlarla bağlı, mediada artıq “Dolina sxemi” adlandırılan hadisənin təkrarlanmasının qarşısını almaq üçün 250 milyon rubl (5 milyon manat) dəyərində yeni mənzilini qızının adına rəsmiləşdirib.
OLAY yazır ki, müğənni Moskvanın Qaqarin rayonunda, Fotieva küçəsində yerləşən prestijli “Premyer” yaşayış kompleksinə köçüb. Bu binada mənzillərin qiyməti 200 milyon rubldan başlayır. Premium sinifli kompleksdə ümumilikdə 192 mənzil var. Məlumata görə, Dolina üçün iki mənzil birləşdirilərək vahid mənzilə çevrilib.
Sənədlərə əsasən, yeni mənzilin sahibi müğənninin 43 yaşlı qızı Angelina Dolina olub. Ehtimal olunur ki, daşınmaz əmlak məhz onun adına rəsmiləşdirilib ki, anası yenidən evini itirməsin.