Bu dəfə evlənmək üçün suya daldılar... Video

17.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskvada ilk dəfə sualtı toy mərasimləri keçirilib. 

“Qafqazinfo” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, iki cütlük “Moskvarium”da nikaha daxil olub. 

Bildirilib ki, evlənən Maksim-İrina və Roman-Alina cütlüyü dalğıclardır.

Dəniz akvariumunun dibində Yeni il yolkası da qoyulub. Onun fonunda, su altında nikah şəhadətnaməsi təqdim edildikdən dərhal sonra yeni evlənənlərin ilk ailə fotoşəkilləri çəkilib.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью