Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Məşqçi həyatı belədir.
Dünən qəhrəman olursan, bu gün səni pisləyirlər, istefaya çağırırlar.
Okan Buruk "Qalatasaray”ı ardıcıl iki dəfə Türkiyə çempionu edib, yetərincə uğurlu nəticələr qazanıb.
Amma hazırda onun işləri qaydasında getmir. Azarkeşlər onu istefaya səsləyir, istefa çağırışlı həştəqlər sosial şəbəkələrdə trendə çevrilir.
Bir sözlə, "Qalatasaray” azarkeşləri Buruka dünənə görə "sağ ol” deyib, bu günün hesabatını istəyirlər.
Samir Abasov da "Neftçi”ni çempion edib, bunu unutmamışıq. 2020/21-ci il mövsümünün hansı şəraitdə keçdiyini də hamımız görmüşük.
COVİD pandemiyası, onun gətirdiyi çətinliklər həyatımızı alt-üst etmişdi.
Finala bərabər sayılan qarşılaşmanın hakimi Elçin Məsiyevin idarəçiliyi də gözümüzün önündədir.